Onlarla çeçen Moskvada azərbaycanlıların kafesinə basqın etdi: TƏFƏRRÜAT


Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenler arasında silahlı münaqişə baş verib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, Moskva polisi hadisənin baş vermə səbəbini araşdırır. İlkin ehtimala görə, çeçenlinin azərbaycanlılara qarşı söylədiyi təhqir etnik qarşıdurmaya səbəb olub. Azərbaycanlılar həmin çeçeni tapıb söyərək mobil telefonun kamerası qarşısında üzr istəyəmə məcbur ediblər. İncimiş çeçen həmyerlilərinə şikayət edib, onlar isə tapançalarla azərbaycanlıların kafesinə basqın ediblər.
Yerli sakinlər ilk atəş səslərini Moskva vaxtı ilə saat 22:50-də eşidiblər. Polislər bir neçə dəqiqədən sonra hadisə yerinə gəliblər. Buna görə də qarşıdurmanın qarşısını vaxtında alıblar və faktiki olaraq heç kəs xəsarət almayıb. “Neolit” müxtəlif – rus, Avropa, Azərbaycan mətbəxini təklif edir. Kafenin icarədarı olan azərbaycanlı Yaşar Əliyev bildirib ki, daha əvvəl kafedə çeçenlər qonaq qismində görünməyiblər.
Y. Əliyev polisə bildirib ki, 40-50 maskalı çeçen kafeyə basqın edib, onlar travmatik tapança ilə silahlanıblar: “Həmin vaxt kafedə 4-5 nəfər ziyarətçi, ailəvi gələnlər olub. Atışma səsi gəldi, xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur, sadəcə rezin güllələrdən cüzi travmalar var”.
49 yaşlı Arzu Mahmudov tibbi yardım üçün müraciət edib. O, həkimə öz adını deyən yeganə şəxsdir. Güllə kişinin sinəsinə dəyib, lakin xəstəxanaya yerləşməkdən imtina edib.
Y. Əliyev qeyd edib ki, çeçenlərdən heç vaxt təhdid almayıblar: “Başa düşmürəm nə baş Verdi. Eşitmişəm ki,  həmyerlilərimin çeçeni təhqir etməsi buna səbəb olub, lakin bunun nə vaxt və harada baş verdiyini bilmirəm”.

DİGƏR XƏBƏRLƏR

Top