Azərbaycana qarşı böyük təxribat


Məşhur “maps.me” offlayn xəritədə Azərbaycan əraziləri Dağlıq Qarabağ Respublikası kimi göstərilib.


Yeniavaz.com Baku.ws-ə istinadən xəbər verir ki, xəritədə Dağlıq Qarabağın ayrıca Respublika kimi qeyd olunması Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. 

Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini xəritədə düzgün göstərməyən “maps.me” beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. 

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirilib ki, “Maps.me” oflayn mobil xəritə tətbiqində Azərbaycanın tarixi ərazilərinin “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunmasına etiraz əlaməti olaraq, səhvin düzəldiməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qarşı tərəfə müraciət ünvanlanıb. 

Qeyd olunan məsələnin diplomatik kanallar vasitəsi ilə həll olunmasına dair Xarici İşlər Nazirliyinə də müraciət olunub.

DİGƏR XƏBƏRLƏR

Top