Moskvada güllələnən azərbaycanlının kim olduğu bilindi

Moskvada güllələnən azərbaycanın şəxsiyyəti müəyyənləşib. 

“Mash” “Telegram” kanalında verilən məlumata görə, həmin şəxs 52 yaşlı Qərib Orucovdur. 

O, yaşadığı evin qarşısında kürəyindən aldığı beş güllə yarası nəticəsində ölüb. 

09:10

Moskvada 45 yaşlı azərbaycanlı güllələnərək öldürülüb.

Bu barədə 5-tv.ru portalı məlumat yayıb.

Polisdən verilən məlumata görə, “BMW X6” markalı avtomobildə olan şəxslər azərbaycanlıya atəş açıb. 

Hazırda onların tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

İlkin ehtimallara görə, bu hadisə dünən axşam saatlarında Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş insidentlə əlaqəlidir.
(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top