Qorbaçov sovet qoşunlarının Əfqanıstandan çıxarılmasından danışdı


Vaxtında bütün tərəflərlə, o cümlədən ABŞ, İran və Pakistanla danışıqlar qoşunların Əfqanıstandan mütəşəkkil və minimum itkilərlə çıxarmağa kömək edib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu SSRİ-nin sonuncu Prezidenti Mixail Qorbaçov deyib.
SSRİ 1989-cu il fevralın 15-də öz kontingentini Əfqanıstandan çıxarmasını başa çatdırıb. Bu hadisə əfqan müharibəsinə nöqtə qoyub.
O bildirib: “Ümumi səylər, o cümlədən bütün tərəflərlə - ABŞ, İran, Pakistan, digər ölkələrlə apardığımız danışıqlar sayəsində qoşunları mütəşəkkil və minimum itkilərlə çıxarmaq mümkün oldu. Bu kədərli başlığa son qoyduq”.
Xatırladaq ki, SSRİ rəhbərliyi 1979-cu ildə Əfqanıstan Demokratik Respublikası hökumətinin hərbi yardım göstərilməsi haqqında xahişi ilə qoşunları yeritmək qərarı qəbul edib. Ümumilikdə Əfqanıstanda təqribən 620 min hərbçi hərbi xidmətdən keçib. SSRİ-nin Əfqanıstanda ümumi qaytarılmaz itkiləri 14453 nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top