Türkiyənin "Kanal D" televiziyasında xəbərlərin necə saxtalaşdırıldığı ortaya çıxdı - VİDEO


Bu yaxınlarda Türkiyənin "A haber" kanalının saxta reportaj hazırlaması ilə bağlı sosial şəbəkələrdə yayılan kadrları sizlərə təqdim etmişdik. Türkiyədə yenə belə bir hadisə baş verib. Bu dəfə saxta reportajı Türkiyənin nüfuzlu media qurumlarından olan "Kanal D" televiziyası hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, "Kanal D"nin xəbərlər proqramının əməkdaşları son günlərdə hökumət tərəfindən ictimai yerlərdə yaradılan və tərəvəz məhsullarının satıldığı "tənzim" satış məntəqələrinin fəaliyyətinə tərəvəz istehsalçılarının münasibətini öyrənmək üçün istixanalardan birində çəkiliş aparıblar. Xəbəri hazırlayarkən müsahibə aldıqları şəxslərin fikirlərini montaj edərək ictimaiyyətə qərəzli şəkildə çatdırıblar. Bu fakt "Kanal D" əməkdaşları müsahibə alarkən istixana işçilərinin çəkdiyi həvəskar kadrlar nəticəsində ortaya çıxıb.
Qeyd edək ki, Türkiyədə market və bazarlarda tərəvəz məhsullarının qiymətinin kəskin artımı xalqın narazılığına səbəb olmuş, hökümət isə buna çarə olaraq ictimai yerlərdə "tənzim" satış məntəqələri yaratmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top