Dodaqlarını hərəkət etdirmədən opera oxuyan qız izləyiciləri heyran qoydu - VİDEO


Amerikalı 14 yaşlı qız dodaqları hərəkətsiz halda opera oxuya bilir. Amerikada keçirilən “American God Talent” müsabiqəsində səhnəyə çıxan qız bütün izləyiciləri özünə heyran qoyub.
Yeniavaz.com CNNtürk-ə istinadla xəbər verir ki, Oklahoma sakini Dersi Layn Farmer xüsusi bacarığı olan insanlar arasında keçirilən müsabiqənin çempionlarının finalında iştirakı zamanı belə bir şey edib. Oyuncaq dovşanı Petuna ilə səhnəyə çıxan Dersi dodaqlarını hərəkət etdirmədən İtaliya operası səsləndirib.
Qeyd edək ki, Dersi bu müsabiqəyə qoşulma hüququna “American God Talent-2017" müsabiqəsinin çempionu olmaqla haqq qazanıb. Dersi Layn həmin çempionluqdan 1 milyon dollar mükafat almışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top