Azərbaycanda yeni ONA adlı xəbər agentliyi fəaliyyətə başlayır - təsisçisi Vüsalə Mahirqızıdır


Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.

Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.

Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.

Əldə etdiyimiz məlumata görə, agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.

Digər məlumata görə, lent.az portalı da fəaliyyətini bərpa edəcək. (musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top