Mehriban Əliyeva Gəncəyə səfər edib


Fevralın 14-də birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.

Mehriban Əliyeva və Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top