Ərdoğan və Putin arasında görüş keçirilib


Soçidə Suriya ilə bağlı İran, Rusiya və Türkiyə liderlərinin zirvə toplantısı ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirib. 

TRT xəbər verir ki, görüşdə tərəflər başlıca olaraq Suriyanın İdlib əyalətindəki vəziyyəti müzakirə edib. 

“Ankara Suriyada təhlükəsiz zonaların yaradılması ideyasını dəstəkləyir, çünki belə zonalar bizim təhlükəsizliklə bağlı narahatlıqlarımızın aradan qaldırılmasına xidmət edir. Biz Rusiyanın bu ideyaya pozitivi yanaşmalarından razıyıq. PYD və YPG qüvvələri Mənbicdən və Fərat çayının şərqindən qovulmayınca, Suriyanın ərazi bütövlüyünü təmin etmək mümkün olmayacaq”, - deyə Ərdoğan bildirib.

Vladimir Putin öz növbəsində Türkiyə ilə əməkdaşlığın Suriyadakı münaqişə tərəfləri arasında dialoqa təkan verəcəyinə əmin olduğunu söyləyib.

“Biz aktiv, hərtərəfli iş və konsensus yolu ilə Suriyadakı məqsədlərimizə çata bilərik. Türkiyə ilə birlikdə gördüyümüz işlərin sayəsində Suriyada müəyyən irəliləyişə nail olmuşuq”, - deyə Putin vurğulayıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top