Sakinlər şəhid bulaqlarına su verilməsini istəyir


Mingəçevirdə keçirilən sakinlərlə icra başçısının növbəti görüşündə bir sıra problemlər qaldırılıb. Məhəllə sakinlərindən Qafur Əhmədov, Kəmalə Əhmədova, Ağagül Əliyev, Ziyafət Nuriyeva, Fərrux Əhmədov, Sahib Qasımov, Zahid Abdullayev və başqaları bildiriblər ki, məhəllədəki şəhid bulaqları susuz qalıb. Eyni zamanda sakinlər binaların zirzəmilərindəki çirkab suların təmizlənməsini, bəzi binaların dam örtüklərinin dəyişdirilməsini, kanalizasiya quyularında sıradan çıxmış qapaqlarının yeniləri ilə əvəzlənməsini istəyiblər.
Qeyd olunan narazılıqlar Mingəçevir şəhər 3 saylı Mənzil İstismar sahəsinin ərazisində olub. Sakinlər məhəllələrin işıqlanması ilə bağlı dəfələrlə müraciət etdiklərini də bildiriblər. Bütün şikayətləri dinləyən başçı İlham İsmayılov ayrı-ayrı məsul şəxslərə tapşırıqlar verib. Görüləcək işlərin əhalinin daha rahat şəkildə yaşamasına xidmət edəcəyini bir daha əminlik hissi ilə bildirib.
Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top