Qanunsuz saxlanılan silah-sursat götürülüb


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Nəqliyyatında Polis İdarəsininYevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Belə ki, fevralın 13-də daxil olmuş məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlayan Hacıqabul rayon sakini Əli Zülfüqarov saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb.
Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb.
Esmira Hidayətova,Yevlax.
 

DİGƏR XƏBƏRLƏR

Top