Hansı ölkə BVF-dən daha çox kredit götürüb: Azərbaycan, Gürcüstan yoxsa Ermənistan?


MDB və region ölkələri arasında Beynəlxalq Valyuta Fondundan (BVF) ən çox kredit alan ölkə Ukrayna olub. Yeniavaz.com Dünya Bankından açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, 2017-ci ildə Ukrayna BVF-dən 14 milyard dollar kredit alıb. BVF-dən ən az kredit alan ölkə isə Türkmənistan olub - 99,4 milyon dollar.
MDB və region ölkələrinin il ərzində BVF-dən aldığı kreditlər belə olub:
1. Ukrayna - 14 milyard dollar
2. Rusiya - 8,1 milyard dollar
3. İran - 2 milyard dollar
4. Türkiyə - 1,5 milyard dolar
5. Moldova - 562,2 milyon dollar
6. Ermənistan - 529,5 milyon dollar
7. Belarus - 525 milyon dollar
8. Qazaxıstan - 489,4 milyon dollar
9. Gürcüstan - 397,3 milyon dollar
10. Özbəkistan - 374,2 milyon dollar
11. Qırğızıstan - 320,9 milyon dollar
12. Azərbaycan - 218,7 milyon dollar
13. Türkmənistan - 99,4 milyon dollar
Ümumilikdə isə Cənubi Qafqaz ölkələri arasında BVF-dən ən çox kredit alan ölkə Gürcüstan, ən az kredit alan ölkə isə Azərbaycan olub. Azərbaycan BVF-dən ilk dəfə 1995-ci ildə kredit alıb. Gürcüstan və Ermənistanın BVF-dən ilk dəfə kredit aldığı tarix isə 1 il əvvələ - 1994-cü ilə təsadüf edir.
Aşağıdakı cədvəldə Azərbaycan, Ermənistan və Gürcüstanın 1994-2017-ci illər ərzində BVF-dən aldıqları kreditin məbləği əks olunub:

 

DİGƏR XƏBƏRLƏR

Top