Goranboyda az yaşlını maşın vurub


Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, rayonun Qızılhacılı kəndində 8 yaşlı R.Məmmədovu avtomobil vurub.

Yaralı,sürücü tərəfindən xəstəxanaya aparılıb. Tibbi yardım göstərilən uşağın vəziyyəti hazırda normaldır.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Goranboy.

DİGƏR XƏBƏRLƏR

Top