İranda SEPAH-ın avtobusu partladıldı - 41 ölü

İranın cənub-şərqində intiharçı-terrorçunun partlaması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” birləşməsinin döyüşçüləri, həm də yerli sakinlər olub.
 
Bildirilir ki, terrorçu partlayıcı maddənin olduğu avtomobildə Sistan-Bəlucistan vilayətindəki yolda “Əl-Qüds” hərbçilərinin olduğu avtobusa çırpılıb. Hücuma görə məsuliyyəti “Ceyş əl-Adl” terror qruplaşması üzərinə götürüb. “Ceyş əl-Adl” Pakistanda yerləşən “Cundalla” terror təşkilatının üzvləri tərəfindən 2012-ci ildə yaradılıb. İranın xüsusi xidmət orqanları terror təşkilatını 2010-cu ildə dağıdıb, qruplaşmanın başçısı Əbdülmalik Riqi edam edilib.

DİGƏR XƏBƏRLƏR

Top