Türkiyə vətəndaşı Azərbaycanda qəza törətdi: ölən var


Balakən rayonunda yol qəzası baş verib.

Hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. 

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top