Bakı-Sumqayıt qatarı adam vurdu


Abşeronda dəhşətli hadisə baş verib. Bakı-Sumqayıt qatarı Xırdalan şəhəri ərazisində qadını vuraraq öldürüb.

İlkin məlumata görə, hadisə fevralın 12-də “Çexkalon” adlanan ərazidə baş verib. Səhər saatlarında dəmir yolunun Xırdalan şəhərindən keçən hissəsində bir qadının qatarın altında qalması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Məlum olub ki, bir qadın dəmir yolunu qaçaraq keçmək istəyən zaman qatarın altında qalıb. Şahidlərin sözlərinə görə, hadisə zamanı qadının bədəni bir neçə hissəyə bölünüb.

Ölən şəxsin 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top