Avropa İttifaqanın siyahısı: 23 ölkə terrorçuluğu maliyyələşdirir


Avropa İttifaqı (Aİ) Komissiyası  terrorçuluğa maliyyə yardımı ayıran və çirkli pulların yuyulaması ilə mübarizədə uğursuz olan 23 ölkədən ibarət siyahı hazırlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, siyahıya salınan ölkələr etibarlarını itirməklə yanaşı, onların Aİ ölkələri ilə maliyyə əlaqələri də çətinləşir. Bundan başqa, Aİ banklarının siyahıya daxil edilən ölkələrlə aparacağı əməliyyatlar və ödəmələr zamanı əlavə nəzarətlərin həyata keçirilməsi məcburi hal alır. Siyahıya Əfqanıstan, Samoa, Baham adaları, Botsvana, Şimali Koreya, Qana, Quam, İran, İraq, Liviya, Nigeriya, Pakistan, Panama, Puerto-Riko, Samoa Səudiyyə Ərəbistanı, Şri-Lanka, Suriya, Trinidad və Tobaqo, Tunis, Virginiya adaları və Yəməndir.

DİGƏR XƏBƏRLƏR

Top