ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyin şərtini açıqladı


Krım Ukraynanın tərkibinə qayıtmayanadək Vaşinqton Rusiyaya qarşı sanksiyaları saxlayacaq.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT yanında daimi nümayəndəsinin müavini Conatan Koen deyib. Onun sözlərinə görə, ABŞ Krımın Rusiyaya ilhaqını dəstəkləmir və heç vaxt dəstəkləməyəcək. Minsk razılaşmalarının 4 illiyinə həsr olunmuş müzakirələr zamanı o, Moskvanı razılaşmalara əməl etməyə çağırıb: “Məhz Rusiya münaqişəyə son qoymalıdır”. Diplomat əlavə edib ki, Donbassda Rusiya hərbçiləri və silahı var.

DİGƏR XƏBƏRLƏR

Top