Mingəçevir məktəbliləri Cocuq Mərcanlıda olublar - FOTO


Mingəçevir şəhər 20 №-li tam orta məktəbin müəllim və şagird kollektivi Müdafiə və Təhsil Nazirliyinin icazəsi ilə Cocuq Mərcanlı kəndini ziyarət ediblər. Əvvəlcə Cocuq Mərcanlı kəndində "Aprel Şəhidləri"nin şərəfinə ucaldılmış abidə ziyarət olunmuş və şagirdlərə ətraflı məlumat verilmişdir. Ziyarət zamanı hərbiçilərlə, kənd sakinləri ilə görüş keçirilmiş, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Bu ziyarətdə müəlllim və şagirdlərlə birgə incəsənət nümayəndələri, Əfqan Veteranları Cəmiyyətinin üzvləridə iştirak edib.
Esmira Hidayətova, Mingəçevir.

 

DİGƏR XƏBƏRLƏR

Top