Rusiya Prezidenti Vladimir Putin ötən gün Tatarıstana səfəri zamanı respublika başçısı Rüstəm Minnixanovu iki dəfə məzəmmət edib.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, V. Putin “Mənzil və şəhər mühiti” layihəsinə həsr olunmuş görüş zamanı diqqət yetirib ki, R. Minnixanova fikrini başqa yerə yönəldib. O, Tatarıstan Prezidentinə müraciət edərək bildirib: “Rüstəm Nurqaliyeviç! Rüstəm Nurqaliyeviç! Yayınma, nə edirsən. Bizə qulaq asmır”. V. Putin qeyd edib ki, R. Minnixanovu pis vəziyyətdə qoymayacaq, çünki o, sualın əvvəlini eşitməyib və aldadılmış şəxslərin problemini müzakirə etməyə davam edib. Ardından Rusiya Prezidenti Dövlət Şurasının Rəyasət Heyətinin iclasında R. Minnixanova işçi qrupunun rəhbəri kimi söz verib, lakin onu baxışı ilə tapa bilməyib. V. Putin soruşub: “Durdu və harasa getdi. Hara getdi?”. Tatarıstan Prezidentinin mətbuat xidməti məlumat verib ki R. Minnixanov iclas zamanı heç bir yerə getməyib və həmin vaxt yan tərəfdəki mikrofona yaxınlaşıb.