Rəsmi qurum şirniyyat evindəki iyrənc mənzərə ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO


Bakıda fəaliyyət göstərən "Gəncə Cake House" şirniyyat evində müşahidə olunan iyrənc mənzərə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyində araşdırmalara başlanılıb.


Yeniavaz.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb.

“Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”, - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, sözügedən şirniyyat evinin müştərilərindən birinin redaksiyamızın "qaynar xətti"nə göndərdiyi videodan görünür ki, Yeni Yasamal. Məhəmməd Xiyabani 3 ünvanında yerləşən mağazada sanitar və gigiyenik qaydalara əməl olunmur.

Belə ki, piştaxtalardakı şirniyyatların üstündə siçovullar gəzir.

Həmin görüntüləri təqdim edirik.

DİGƏR XƏBƏRLƏR

Top