ABŞ-ın dövlət borcu yeni rekord səviyyəyə çatdı


Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin gündəlik hesabatında deyilir.
Donald Trampın prezidentliyi dövründə ölkənin dövlət borcu 2 trilyon dollardan çox artıb. ABŞ-ın dövlət borcu 2017-ci ilin maliyyə ilinin son iş gününə olan məlumata görə, 20,245 trilyon dollar olub, 2018-ci il sentyabrın 28-də isə tarixdə ilk dəfə 21,516 trilyon dollara çatıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, ABŞ-ın dövlət borcu 2023-cü ildə ÜDM-nin 117 faizinə çatacaq. 2017-ci ildə bu göstərici 108 faiz səviyyəsində olub.

DİGƏR XƏBƏRLƏR

Top