BDU-nun qətlə yetirilən 18 yaşlı tələbəsi haqda yeni faktlar - FOTOLAR


Xəbər verdiyimiz kimi, Şirvan rayonunda qətl hadisəsi törədilib.


Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb. Bu barədə məlumatı "Report" yayıb. 

Yeniavaz.com Azxeber.com-a istinadən xəbər verir ki, qətlə yetirilən Rəşad Fətullayev BDU Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir.

O 1-ci kursda təhsil alırmış. Rayona da tətillə əlaqədar gedibmiş. 

Qətlə yetirilən tələbənin fotoları əldə edilib.

Həmin fotoları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top