Azərbaycanda bu telekanalın rəhbəri dəyişdi

“İdman Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik olub.

Yeniavaz.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi xəbərə görə, telekanal yarandığı gündən fəaliyyət göstərən, futbol və “Formula-1” yarışlarının şərhçisi, baş redaktor müavini Siyavuş Əliyev bundan sonra baş direktor olacaq.

O bu vəzifədə 2015-ci il 5 may tarixli sərəncamla AzTV-nin sədr müavini təyin olunmuş Elsevər Dünyamalıyevi əvəzləyib. Bu təyinat yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov yanvarın 15-də vəzifəsindən uzaqlaşdırıldıqdan sonra telekanala müvəqqəti olaraq Rövşən Məmmədov sədr təyin edilib.

Bu üzdən AzTV və onun balansında olan “İdman Azərbaycan”la “Mədəniyyət” telekanallarının rəhbər postlarında dəyişikliklərin olması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top