Filippinin adı dəyişə bilər: Prezident yeni ad təklif edir


Filippin Prezidenti Rodriqo Duterte ölkənin adının “Maxarlika Respublikası”na dəyişdirilməsini mümkün hesab edir. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, R.Duterte İspaniyanın Filippin mədəniyyətinə təsirini tənqid edib və sabiq dövlət başçısı Ferdinand Markosun dövlətin ispan adından imtina edilməsi ideyasını xatırladıb. O bildirib: “Ölkəmizin adını Magellan fikirləşib, onun səyahətini Kral Filippim ödəyib. Buna görə də ağılsız onu Filippin adlandırıb. “Maxarlika” malay mənşəli sözdür, “sakitlik və sülh” anlamını ifadə edir”.

DİGƏR XƏBƏRLƏR

Top