Mingəçevirdə yaşayış binasında yanğın olub - VİDEO


Mingəçevirdə 2 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən 5 mərtəbəli binanın 4 cü mərtəbəsində 2 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Mingəçevir yanğınsöndürmə birqadası cəlb olunub. Binadakı qonşuların evləri yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın söndürülüb. Əraziyə təcili yardım briqadası da cəlb edilib. 59 yaşlı ev sahibəsi Cəfərova Fidaət Yeniavaz.com-a yanğının hansı səbəbdən baş verdiyini bilmədiklərini deyib: ”Qonşular qapını döydü ki, sizin eyvandan tüstü çıxır. Elə eyvana çıxanda evi alov aldı. Yenicə oğluma toy etmişdim gəlinimin bütün cehizləri yandı. Özüm də xəstə qadınam. İndi bilmirəm bizim halımız necə olacaq”.
Qeyd edək ki, hadisənin şokundan evin gəlini həyacan keçirib. Təcili yardım briqadası gəlinə ilkin tibbi yardım göstəriblər. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top