Çin-də “Apple”ın ayfon satışlarında 2018-ci ilinin sonlarında 20 faiz azalma müşahidə olunub. Yeniavaz.com bazar araşdırma firması IDC-yə istinadən xəbər verir ki, Çində yerli istehsal olan "Huawei" telefonlarına tələbatda 23 faiz artım olub.
Məlumatda, "Apple" CEO-su Tim Cook Çin bazarında "iphone" satışlarının 2018-ci ilin sonlarında azaldığını təsdiq edib.
Dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çin-də aparılan araştırmalara görə “Apple”ın smart telefonlarının satışlarında 2018-in sonlarında 19,9 faiz azalma müşahidə olunub. "Huawei" telefonlarında isə 23,3 faiz artım olub.