Ötən il Azərbaycanda 83 nəfər yanaraq həlak olub


Ötən il Azərbaycanda 2210 yanğın hadisəsi qeydə alınıb ki, bu da 2017-ci ilin göstəricisindən 4% çoxdur. Yeniavaz.com açqılanan rəsmi statistikaya istinadən bildirir ki, yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onlardan 13 uşaq) həlak olub, 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15,8 milyon manat məbləğində maddi ziyan vurulub. 

Hesabat dövründə qeydə alınan yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı), 244-ü odvurma (yandırma) yolu ilə əmlakın məhv edilməsi (korlanması), insanın sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i isə digər səbəblər nəticəsində baş verib.

Ötən il ərzində qeydə alınan yanğınların 70,7%-i yaşayış, 5,8%-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2,2%-i istehsal obyektlərində, 0,5%-i anbar və bazalarda, qalanları isə digər obyektlərdə baş verib.  

DİGƏR XƏBƏRLƏR

Top