Azərbaycanda insanlar mağazalarda nə qədər pul xərcləyirlər? - CƏDVƏL


Bu ilin yanvar ayında Azərbaycanda hər bir ölkə vətəndaşı pərakəndə ticarət şəbəkələrində orta hesabla  293,8 manat xərcləyib. Yeniavaz.com açqılanan rəsmi statistikaya istinadən bildirir ki, bu göstərici 2018-ci ilin yanvar ayındakı  göstəricidən nominal ifadədə 8,1 manat çox olub.
Məlumat üçün bildirək ki, 2018-ci ilin yanvar ayında hər bir ölkə vətəndaşı pərakəndə ticarət şəbəkələrində orta hesabla 285,7 manat xərcləyib və bu da 2017-cı ilin yanvar  ayındakı göstəricidən nominal ifadədə 20 manat çox olub.
2017-cı ilin yanvar ayında isə hər bir ölkə vətəndaşı pərakəndə ticarət şəbəkələrində orta hesabla 265,7 manat xərcləyib və bu da 2016-cı ilin yanvar ayındakı göstəricidən nominal ifadədə 31,8 manat çox olub.
Onu da qeyd edək ki, bu ilin yanvar ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb. Bu göstəricilər 2018-ci ilin yanvar ayında müvafiq olaraq 144,3 və 141,4 manat, 2017-ci ilin yanvar ayında isə 133,9 və 131,8 manat olub
Aşağıdakı cədvəldə hər bir ölkə vətəndaşının son 3 ilin yanvar aylarında pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsait qeyd olunub:
    2017-ci il Yanvar 2018-ci il Yanvar 2019-cu il Yanvar
  Ərzaq Qeyri-ərzaq Ərzaq Qeyri-ərzaq Ərzaq Qeyri-ərzaq
Pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsait 133,9 azn 131,8 azn 144,3 azn 141,4 azn 147,6 azn 146,2 azn
Cəmi 265,7 azn 285,7 azn 293,8 azn
Əvvəlki illə müqayisədə artım  
31,8 azn
 
20 azn
 
8,1 azn
               


 

DİGƏR XƏBƏRLƏR

Top