Bakıda 17 yaşlı oğlana insanlığa sığmayan İŞGƏNCƏ VERİLİB


Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən Ailəsi tərəfindən işgəncələrə məruz qalmış 17 yaşlı oğlan dilənçiliyə məcbur edilirmiş. 

Yeniavaz.com xəbər verir ki, Kəmalə Ağazadə baku.ws-ə açıqlamasında bildirib ki, artıq sözügedən yeniyetmə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib:

"Hadisə var və bu qaşılmazdır. Bu hadisəni ictimailəşdirməkdə məqsədimiz odur ki, məsələ daha ciddi araşdırılsın. Bu uşaq uzun müddətdir Əhmədli qəsəbəsi ərazisindəki kafelərin birinin yaxınlığında dilənçilik edirdi. 

Həm fiziki, həm də zehni qüsuru var. Acınacaqlı məqam budur ki, artıq psixotrop maddələrdə asılı vəziyyətə gətirilib. Bu zərərli vərdişlər belə uşaqlarda çox kiçik yaşlarından formalaşdırılıb. Oğlanın qıcolmaları var. Bu cür travmalar almış biri ancaq gülür. Bədənində işgəncə izləri var. Ayağındakı yaranın qanqrenaya çevrilmə ehtimalı var. Çox dərin yanıq yaraları var. Neçə gündür sarğılar edirik. Çox ciddi haldır. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib. Təhdiqatın inkişafına mane olmamaq üçün bundan artıq açıqlama vermək istəməzdim". 

DİGƏR XƏBƏRLƏR

Top