Binəqədidə ər arvadını öldürdü


Bakıda ər arvadını qətlə yetirib.

DİN Mətbuat Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəmnində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top