MDB ölkələrində "ən romantik şəhər"lərin SİYAHISI


Dünyanın bir çox ölkəsində 14 fevral tarixi "Sevgililər günü" olaraq qeyd olunur. Bu tarixdə turizm sektorunda da ciddi canlanma müşahahidə olunur. Yeniavaz.com xəbər verir ki, Rusiyanın "TurSat" agentliyi ölkə vətəndaşları arasında sorğu keçirib. Sorğu zamanı rusiyalılardan "Sevgililər günü"ndə hansı MDB ölkəsinə səyahət etmək istərdiniz", - deyə soruşulub.  
Sorğuda iştirak edənlərin 33%-i keçmiş MDB ölkələrindən olan Gürcüstanın paytaxtı Tblisini "Sevgililər günü"ndə səyahət ediləcək "ən romantik şəhər" hesab ediblər.  "Ən romantik şəhər"lərin sıralamasında 14%-li səslə Astana (Qazaxıstan), Bakı (Azərbaycan) və Minsk (Belarus) yer alıb. İlk "5-liyi" Moldovanın paytaxtı Kişinyev tamamlayıb.
MDB ölkələrində "ən romantik şəhər"lərin syahısı belə olub:
1. Tblisi (Gürcüstan)
2. Astana (Qazaxıstan)
3. Bakı (Azərbaycan)
4. Minsk (Belarus)
5. Kişinyev (Moldova)
6. Almatı (Qazaxıstan)
7. Bişkek (Qırğızıstan)
8. İrəvan (Ermənistan)

 
 

DİGƏR XƏBƏRLƏR

Top