Dünyanın ən uzun bayrağı bu ölkədə hazırlandı - VİDEO


Küveyt dünyanın ən uzun bayrağını hazırlayaraq rekord qırıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, təxminən 4 min tələbənin daşıdığı bayrağın uzunluğu 2019 metrdir.
“Ginnesin Rekordlar Kitabı” müşahidəçilərinin də rəyi ilə rekord rəsmi olaraq qeydə alınıb. 25 fevralda qeyd ediləcək Küveytin 58-ci Milli Günü münasibətilə hazırlanan bayrağı, tələbələr Təhsil Nazirliyinin önünə kimi aparıb.

Qeyd edək ki, tədbirdə Təhsil Naziri Həmid AL Azmi ilə yanaşı bir sıra nüfuzlu dövlət xadimləri də iştirak ediblər.

 

DİGƏR XƏBƏRLƏR

Top