Mingəçevirdə “Jeep” yandı


Mingəçevirdə avtomobil yanıb. Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir şəhər Naxçıvan küçəsində baş verib. Belə ki, “Jeep”markalı avtomobilin sahibi yolda idarəetməni itirərək yolun kənarındakı arxa aşıb. Avtomobilin yaşlı sahibi maşından çıxarıldıqdan sonra avtomobil alovlanıb. Avtomobildə baş verən yanğın Mingəçevir yanğınsöndürən birqadasının əməkdaşları tərəfindən söndürülüb. İlkin məlumata görə hadisə zamanı xəsarət alan olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top