“Biz heç kimdən icazə almayacağıq”


İran prezidenti Həsən Ruhani ölkəsinin raket və müdafiə sistemləri istehsal etmək üçün heç kimdən icazə almayacağını və bu silahların istehsalını davam etdirəcəyini bildirib.

Ruhani bunu İran İnqilabının 40-cı ildönümü münasibəti ilə Tehranın Azadi meydanında təşkil olunan mərasimdə çıxışı zamanı bildirib.

Əvvəllər silahların yalnız 5%-nin ölkədə istehsal edildiyini xatırladan Ruhani hazırda bu rəqəmin 85-ə çatdığını və bunun Silahlı Qüvvələrin təchizatı üçün kifayət etdiyini xatırladıb.

İran prezidenti, həmçinin inqilab illərinin əvvəlində əhalinin sayının 36 milyon olduğunu, hazırda isə 128% artaraq 82 milyona çatdığını bildirib.(sputnik)

DİGƏR XƏBƏRLƏR

Top