Moskva Venesuela ilə bağlı iddianı təkzib etdi


Rusiya Venesuela rəhbərliyi ilə kontaktdadır, lakin onlar Moskvadan hərbi kömək istəməyiblər. Yeniavaz.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası üzrə departamentinin direktoru Aleksandr Şetinin bildirib.

Onun sözlərinə görə, Veneseula hökuməti ilə əlaqələr işçi və ştat rejimində saxlanılır. Şetenin eyni zamanda ABŞ-ın Venesuela Silahlı Qüvvələri ilə kontaktını ölkənin daxili işlərinə inanılmaz müdaxilə adlandırıb. O, vurğulayıb ki, söhbət hərbçilərin hazırkı prezidenti Nikolas Maduroya dəstəkdən imtina etməsi üçün müraciətdən gedir.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

DİGƏR XƏBƏRLƏR

Top