Norveç və Polşa bir-birilərinin konsullarını arzuolunmaz şəxs elan etdi


Polşa Norveçin Varşavadakı konsulunu persona non qrata elan edib. Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu Norveçin polşalı konsul Slavomir Kovalskini arzuolunmaz şəxs elan etməsinə sonra atılan cavab addımıdır. Belə ki, bu ilin yanvar ayında Norveç Xarici İşlər Nazirliyi (XİN) Kovalskinin fəaliyyətinin diplomatın rolu və statusu ilə üst-üstə düşmədiyini bildirib. O, polşalı immiqrantların yerli icra orqanları ilə yaşadıqları mübahisəli məsələlərə birbaşa müdaxil olmaqda günahlandırılır. Qeyri-rəsmi məlumata görə, Norveç Himayə Qurumu 4 polşalı miqrant uşağı ailələrindən ayırıb. Yaşanan mübahisəyə diplomat Kovalski də qarışıb. Diplomat aqressiv davranışda ittiham olunub və hadisə yerinə polis çağırılıb. Norveç məsələ ilə bağlı narazılığını Polşaya çatdırsa da, qarşı tərəf öz konsulunun fəaliyyətində heç bir problem görmədiyini və vəzifəsinə davam edəcəyini bildirib. Norveç XİN də polşalı diplomat Slavomir Kovalskini azuolunmaz şəxs elan edib.
Qeyd edək ki, S.Kovalski sözügedən məsələyə görə bu vaxta kimi 150 immiqrant polşalı ailəyə yardım edib. 2016-cı ildə diplomat Polşa XİN-i tərəfindən "İlin konsul"u seçilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top