Şamaxı icra başçısından sakinlərə çağırış - gecə bina evlərində qalmayın


Şamaxıda bu gün baş verən yeraltı təkandan sonra təşvişə düşən bir qrup bina sakini küçələrə axışıb.

Yerli sakinlərin sözlərinə görə, rayonun icra başçısı Tahir Məmmədov sakinlərlə söhbətləşib və mümkün qədər gecəni binada keçirməməyi tövsiyə edib. 

Şamaxı rayon fövqəladə hallar komissiyasının sədr müavini  Rüstəm Əliyev isə saytımıza açıqlamasında bildirib ki, zəlzələdən sonra hər hansı dağıntı, uçma halı ilə bağlı siqnal daxil olmayıb. 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazisində 4 bal gücündə zəlzələ baş verib. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top