İstanbulda hərbi helikopter yaşayış məntəqəsinə düşdü - 4 şəhid - FOTO + VİDEOLAR


İstanbulda hərbi helikopter yaşayış məntəqəsinə düşməsində 4 hərbçi həyatını itirib.

Yeniavaz.com "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə şəhər Valisi Əli Yerlikaya məlumat verib. Valinin sözlərinə görə qəzanın səbəbi hələ ki məlum deyil: "Yerli saatla 18:51-də hərbi helikopter Çekməköy rayonunda yaşayış məntəqəsində yerə düşmüşdür. Qəza nəticəsində ağır yaralanan 4 hərbçimiz Sancaqtəpə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmamışdır. Millətimizin, ordumuzun başı sağ olsun. Prokurorluq araşdırmalara başlamışdır, hərbi istintaq da aparılır".


 

 

 

 


20.32

 

İstanbulda helikopter qəzaya uğrayıb.

“Hurriyet”in məlumatına görə, qəzaya uğrayan helikopter Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsusdur.

Bildirilir ki, helikopterin düşdüyü əraziyə çox sayda təcili tibbi yardım briqadaları və xilasetmə qüvvələri cəlb olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top