Mindən çox "Porsche"nin sükanında qüsur aşkarlanıb


"Porsche" şirkəti Rusiyada 1,2 mindən çox avtomobili geri çağırıb. Qərar avtomobillərdə proqram təminatındakı səhvlə bağlı sükan idarəetməsində qeydə alına biləcək mümkün qüsurlarla əlaqədardır.

Geri çağırılma 15 noyabr 2016-cı ildən 17 dekabr 2018-ci ilədək Rusiyada satılmış "Panamera" modellərinə şamil edilib.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top