“Novruz”da əfv olacaq - Komissiya toplandı


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. 

Yeniavaz.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında komissiya üzvü Mehdi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. 

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir. 

DİGƏR XƏBƏRLƏR

Top