Çin Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin uyğurlar üçün toplanış düşərgələri barədə bəyanatını iyrənc adlandırıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin məlumat verib. O bildirib: “Buz Türkiyə XİN-in rəsmi nümayəndəsinin bəyanatına diqqət yetirdik. O, olduqca iyrəncdir. Biz artıq bununla əlaqədar Türkiyə tərəfinə təqdimat vermişik”.
Xatırladaq ki, Türkiyə XİN-in sözçüsü Hami Aksoy daha əvvəl Çini etnik uyğurların hüquqlarına hörmət etməyə və onların məcburi saxlanılması üçün düşərgələri bağlamağa çağırmışdı.