Azərin türkiyəli həmkarı ilə Xocalı haqqında mahnı oxudu - VİDEO

Azərbaycanın xalq artisti Azərin türkiyəli sənətçi Başkal ilə Xocalı soyqırımının ildönümünə həsr olunan “Ah Karabağ” adlı duet oxuyub.

Yeniavaz.com xəbər verir ki, sözügedən duet “Youtube”un “Gramofon Müzik” hesabına ötən gün yerləşdirilib. 

Qeyd edək ki, Başkal Azərbaycanı çox sevdiyindən millət vəkili Qənirə Paşayevanın dəvətilə bir müddət öncə Azərbaycanda olub, cəbhə bölgəsində əsgərlər qarşısında konsertlər verib. Türkiyəli sənətçi bu əsəri illər öncə tək ifa edib. Daha sonra onu duet şəklində ifa etmək üçün o Azərinə müraciət edib. Bəstənin mövzusundan xəbərdar olan Azərin Qarabağa, Xocalıya həsr olunduğuna görə tərəddüd etmədən Başkala razılıq verib. 

Qeyd edək ki, bəstənin sözləri və musiqisi Başkalın özünə aiddir. Layihənin ideya müəllifi Cavid Abidovdur.

DİGƏR XƏBƏRLƏR

Top