“Tramp həbs edilə bilər” - ABŞ senatoru


ABŞ-da 3 noyabr 2020-ci il də keçiriləcək prezident seçkilərinə namizədliyini elan edən Masaçuses əyalətinin Demokrat Senatoru Elizabet Varen, Donald Trampın 2020-ci ildə həbs edilə biləcəyini deyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Elizabet Varen bu sözləri, prezidentliyə namizədliyi çərçivəsində İovada keçirdiyi bir iclasda deyib: “Tramp hər gün irqçi və kinli tvitlər yayımlayır. 2020-ci ildə Tramp prezident olmaya bilər, hətta həbsdə də ola bilər”.
Tramp hal-hazırda ABŞ-ın bəzi nüfuzlu qurumları və şəxsləri tərəfindən Rusiya ilə gizli əlaqələr qurmaqda ittiham edilir. Prokuror Robert Müller isə 2016-cı ildə Trampın seçki təbliğatında iştirak edənlərin Moskva ilə əlaqələrinin olub olmadığını araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top