Bu ölkədə üç gün ərzində alkoqollu içkilərdən 97 nəfər ölüb


Hindistanın şimalında ştatların birində üç gün ərzində saxta içkilərdən 97 nəfər ölüb. Yeniavaz.com trend-ə istinadən xəbər verir ki, fevralın 7-də Ballupur kəndində bir neçə sakin dəfn mərasimində iştirak edərək alkoqollu içki qəbul edib. Sakinlər növbəti gün səhhətlərinin pisləşdiyini hiss ediblər. Ölənlər haqqında ilk xəbər cümə günü daxil olub və bundan sonra hadisənin araşdırılmasına başlanılıb. Polis keçirdiyi əməliyyat nəticəsində 10 min litrdən çox qeyri-qanuni alkoqollu içki müsadirə edilib, 200-dən çox insan saxlanılıb. Hadisə ilə bağlı bir neçə rəsmi vəzifəsindən uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top