Məşhur türkiyəli biznesmen həbs edilib - 3 azyaşlı qız uşağını cinsi istismar ediyinə görə


Afrika ölkəsi Keniyada yaşayan türk biznesmen Osman Ərdinç Elsek saxlanılıb. O, 12-17 yaş aralığında olan 3 qız uşağını cinsi istismar etməkdə ittiham edilir. Keniya polisi Elsekin Kilifi qəsəbəsindəki villasına basqın edərək onu polis bölməsinə aparıb. Cinsi istismara məruz qalan uşaqlar isə uşaq evinə yerləşdirilib və psixoloq nəzarətində polisə ifadə veriblər. Qeyd edək ki, 10 ildən çoxdur Keniyada yaşayan Elsekin sahibi olduğu şirkət inşaat, daxili dizayn, təhlükəsizlik, qida, turizm və yaxta icarəsi işləri ilə məğuldur. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top