İspaniya çempionatının 23-cü turu çərçivəsində "Atletiko Madrid" və "Real Madrid" komandaları üz-üzə gəliblər. Yeniavaz.com xəbər verir ki, doğma meydanda "Real Madrid"i qəbul edən "Atletiko Madrid" 1-3 hesabı ilə məğlub olub. Oyunda qolları "Atletiko Madrid"dən Antuan Qrizman, "Real Madrid"dən isə Kazemiro, Serxiyo Ramos və Qaret Beyl vurub. Qeyd edək ki, bu qələbədən sonra Kral klubu turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.