Türkiyə Çini uyğurlara hörmət göstərməyə çağırdı

 
“Çin orqanlarını uyğur türklərinin fundamental insan hüquqlarına hörmət göstərməyə və toplanış düşərgələrini bağlamağa dəvət edirik”. Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
 
Onun sözlərinə görə, xüsusilə son il il ərzində Sincan Uyğur Muxtar Bölgəsində uyğur türklərinin və digər müsəlman qruplarının fundamental insan hüquqlarının pozan fəaliyyətlər ağırlaşıb və beynəlxalq ictimaiyyətin gündəmində yer alıb: “Özbaşına həbslərə məruz qalan bir milyondan çox uyğur türkünün toplama düşərgələrində və həbsxanalarında işgəncəyə və siyasi cəhətdən beyin yumaya məruz qalması artıq sirr deyil. Düşərgələrdə təcrid edilməyən uyğurlar da böyük təzyiq altındadır. Xaricdə yaşayan uyğur əsilli soydaş və vətəndaşlarımız bu bölgədəki qohumlarından xəbər ala bilmirlər. XXI əsrdə toplanış düşərgələrinin yenidən peyda olması və Çin orqanlarının uyğur türklərinə qarşı sistematik assimlyasiya siyasəti bəşəriyyət adına böyük utanc mənbəyidir”. 

DİGƏR XƏBƏRLƏR

Top