Şənbə günü Fransada “sarı jiletlilər”in etiraz aksiyalarında 50 mindən çox adam iştirak edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, 51,4 min nəfər Fransada etiraz aksiyalarına çıxıb, onlardan 4 mini paytaxt Parisdə olub. Parisdə nümayişlər zamanı 36 nəfər saxlanılıb. Ötən şənbə günü etirazlarda 58 min nəfərdən çox adam iştirak etmişdi.