Goranboyda içərisində azyaşlılar olan minik maşını aşıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomogistralının Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı avtomobildə olan bir ailənin üzvləri Bakı şəhər sakinləri, 56 yaşlı Campolad İsmayılov, 55 yaşlı Zemfira İsmayılova ağır bədən xəsarətləri alaraq Yevlax rayon mərkəzi Xəstəxanasına yerləşdirilib. 2 azyaşlı uşaq, sürücü və daha bir sərnişin qadına isə hadisə yerində tibbi yardım göstərilib. Məlumata görə, qəzaya düşənlər Göygöl rayonundan Bakıya gedirlərmiş. Faktla bağlı araşdırma aparılır. Esmira Hidayətova, Goranboy.